Modern.az

Azərbaycanlı aktyor İranda teatr adamlarına “master klass” keçdi

Azərbaycanlı aktyor İranda teatr adamlarına “master klass” keçdi

6 Oktyabr 2013, 16:57

Bakı uşaq teatrının direktoru, aktyor İntiqam Soltan özündə bir çox meydan teatrlarını birləşdirən “Dramatic arts center of İran”ın dəvəti ilə qatıldığı VIII Beynәlxalq Meydan Teatrları Festivalından qayıdıb. Bu barədə Modern.az-a İ.Soltan özü məlumat verib. Festivala 20 ölkədən 200 tamaşa təqdim olunmuşdu:

“Festival İranın Kürdüstan vilayәtindә, Mәrivan şәhərində keçirilirdi. Festival iştirakçıları Türkiyə, İraq, Ərəbistan, Küveyt kimi ölkələrdən gәlmiş 27 tamaşanı izlәmәk imkanı әldә etmişdilәr. Qeyd edәk ki, festivalda oynanılan tamaşalar ora tәqdim olunmuş 200 tamaşadan seçilmişdi. Mən bu festivalda Azәrbaycan teatrı haqqında söhbәt etmәk vә ustad dərsləri (master klass) keçmәk üçün dәvәt almışdım. Mәncә hәm birinci mövzu, hәm dә ikinci mövzu istәr dinlәyicilәri, istәrsә dә tәşkilatçıları qane etmişdi. Çünki, söhbәtdәn sonrakı münasibәt vunu demәyә әsas verir".


İntiqam Soltan

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?