
“Havaların soyuq keçməsi ilə bağlı əhalinin “kombi” və digər qızdırıcı vasitələrdən istifadə etməsi halları artıb. Bununla bağlı olaraq Bakı şəhərinin rayonlarına verilən qazın həcmi dünəndən başlayaraq artırılıb”.
Bunu
Modern.az-a açıqlamasında Azəriqaz” QSC-nin mətbuat xidmətinin əməkdaşı Tahir Kərimli bildirib. Onun sözlərinə görə, qazın verilmə rejimi hava şəraitindən asılıdır. “Sinoptik duruma uyğun olaraq mənzillərə qazın verilməsini tənzimləyirik. Havalar soyuduğundan artıq “qış rejimi”nə keçmişik”.
Vüqar İsmayılov