Modern.az

Ermənilərin Kəlbəcərdən Qarabağa çəkdiyi ikinci yol 2014-cü ildə hazır olacaq

Ermənilərin Kəlbəcərdən Qarabağa çəkdiyi ikinci yol 2014-cü ildə hazır olacaq

Təhsil

7 Oktyabr 2013, 14:09


Ermənistanın Vardenis şəhərindən Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna çəkilən yol 2014-cü ildə istifadəyə veriləcək. Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistan Respublikası Qeqarkunik vilayətinin qubernatoru Rafik Qriqoryan bildirib. Onun sözlərinə görə, yolun gələn il istifadəsi nəzərdə tutulsa da, çətin coğrafi şəraitə görə layihənin gerçəkləşməsi ləngiyir.
Xatırladaq ki, ümumilikdə 30 milyon dollar vəsait tələb edən yolun çəkilişi Ermənistanın Vardenis şəhəri ilə Kəlbəcərdən keçməklə Qarabağın Ağdərə rayonlarını birləşdirəcək.

114 kilometrlik yolun maliyyələşməsini Ermənistan hökuməti və erməni diasporu öz üzərinə götürüb.
Bu işdə canfəşanlıq edəb ”Hayastan” Fondunun icraçı direktoru Ara Vardanyan bildirib ki, Ermənistanı Qarabağla birləşdirəcək yeni Vardenis-Ağdərə yolu vasitəsilə İrəvandan Xankəndinə 3 saata çatmaq mümkün olacaq.

Xatırladaq ki, “Hayastan” Fondu 1992-ci ildə yaradılıb. Fond hər il Amerikanın Los-Anceles şəhərində xeyriyyə marafonu təşkil edir. Əldə edilən vəsaitlər isə Ermənistan və işğal olunmuş Qarabağdakı infrastruktur layihələrinə sərf edilir. 1992-ci ildə bu yana fond 250 milyon dollar vəsaiti bu məqsədlə istifadə edib.

 

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?