Modern.az

Səhiyyə Nazirliyindən həkimlərlə bağlı açıqlama: “Həkimin saatı olmur”

Səhiyyə Nazirliyindən həkimlərlə bağlı açıqlama: “Həkimin saatı olmur”

7 Oktyabr 2013, 14:42


Azərbaycanda bir çox xəstəxanalarda, xüsusilə, dövlət xəstəxanalarında həkimlərin iş vaxtı günorta saatlarından etibarən bitir. Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də təsdiqləyib. “Dövlət xəstəxanalarında iş vaxtı müxtəlifdir. Qanuni şəkildə bir çox həkimlərin iş vaxtı saat 8:00-dan 15:00-a qədər davam edir”.

“Ondan sonra həkimlər istədikləri yerdə gedib işləyə bilərlər. Buna icazə verilir. Fövqəladə hallar üçün hər bir xəstəxananın növbətçi briqadası olur. Həkimlik elə bir peşədir ki, əslində onun saatı olmur. Əgər hansısa ağır bir vəziyyət olarsa, hər bir həkim evdən çağırıla bilər. Planlaşdırılmadan gecə əməliyyata ehtiyac olarsa, o zaman həmin həkimlər təcili olaraq xəstəxanaya toplanır və əməliyyat həyata keçirilir. Bizim təcrübəmizdə belə hallar çox olub”, – deyə A. Qədirli açıqlamasına əlavə edib.

Ulduz İBRAHİMOVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?