Modern.az

Media eksperti: “Seçki prosesində onlayn media digər KİV-ləri üstələdi”

Media eksperti: “Seçki prosesində onlayn media digər KİV-ləri üstələdi”

7 Oktyabr 2013, 14:58


“Bu ilki seçkilərdə televiziyalar birmənalı olaraq seçki təbliğatından kənarda qaldı”. Bunu Modern.az-a açıqlamasında media eksperti Ələsgər Məmmədli deyib. “İctimai Televiziyanın qanunundan doğan məcburi efir vaxtı ayırma qaydası istisna olmaqla, televiziyalar prosesdə iştirak etmədi. Azərbaycanın efir məkanı ümumiyyətlə cəmiyyətin ehtiyacından çox uzaq olduğunu və demək olar ki, müstəqilliyini tam itirdiyini göstərdi”, – deyə Ə. Məmmədli vurğulayıb.                                                                                                    

Media ekspertinin sözlərinə görə, sosial şəbəkələrin aktivliyi televiziya və radioları üstələyib. “Seçki təşviqatı prosesində daha çox sosial şəbəkələr aktivdir. İstər namizədlərin tərəfdarları,  istər vətəndaşlar, istərsə də namizədlərin debatlarından doğan suallar sosial şəbəkələrdə çox geniş əks olunur. Ümumiyyətlə, sosial şəbəkə builki seçki atmosferi ilə yaşadı. Bunu Facebook-a da, Tvitter-ə də, You-Tube-a da aid etmək olar. Bir də “onlayn” media da daha real şəkildə seçki proseslərinə yönəldi. Seçki təbliğatında çap media da fəal iştirak etməyə çalışdı. Yalnız televiziya və radiolar seçki təbliğatından kənarda qaldı. Nə namizədlər üçün platforma imkanı təmin etdilər, nə də vətəndaşlar üçün informasiya mənbəyi kimi çıxış etdilər”.  

Namidə BİNGÖL  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?