“İnternet azad olduğu halda niyə görə müxalifət bundan yararlanmır?”. Modern.az-ın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Avropa Parlamenti Seçki Müşahidə Missiyasının rəhbəri Bino Allaki deyib.
O bildirib ki, televiziyada təbliğatla bağlı məhdudiyyyətlər olsa da, ümumi mənzərəni müsbət qiymətləndirmək olar.“Müxalifət bundan sonra da sosial şəbəkələrdən, internetden daha yaxşı yararlanmalıdır”-deyə B. Allaki bildirib. O həmçinin vurğulayıb ki, seçkilər azad, şəffaf, ədalətli şəraitdə keçirilib.
AŞPA müşahidə missiyasının rəhbəri Robert Volter qeyd edib ki, Azərbaycdanda məcburi köçkünlərə seçki üçün lazımı şərait yaradılıb. O bildirib ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin AŞPA-nın seçki qərarına etirazı əsassızdır.
Aqşin Kərimov