Modern.az

Seyid Camal Əzimbəyli İlham Əliyevi təbrik etdi

Seyid Camal Əzimbəyli İlham Əliyevi təbrik etdi

10 Oktyabr 2013, 15:18


Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli prezident seçkilərində böyük qələbə qazanması münasibətilə İlham Əliyevi təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb. Seyid Camal Əzimbəylinin təbrikində deyilir:

“Hörmətli cənab Prezident!

Prezident seçkilərində böyük səs çoxluğu ilə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təmsil olunduğum Qarabağ Seyid Ocaqları adından təbrik edir, dövlətimizin inkişafı, bütövlüyü və xalqımızın rifahının daha da yüksəldilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram. Dövlətçiliyimizin bütövlüyü naminə mücadilə verən bütün mənəviyyat adamları şəriksiz qələbənizdən sevinir, ölkədə siyasi və sosial stabilliyin təmin olunmasına, milli mənəvi-əxlaqi, dini dəyərlərin qorunmasına, ən başlıcası, dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasına yönəlmiş siyasətinizi alqışlayır, Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz altında tezliklə torpaqlarımızın işğaldan azad olunacağına və üçrəngli bayrağımızın o gözəl torpaqlarımızda dalğalanacağına inanır.

Hörmətli cənab Prezident!

Onu da qeyd edim ki, Qarabağ Seyid Ocaqları seçkiqabağı təbliğat kampaniyası ərəfəsində Qarabağ bölgəsində ictimaiyyət və nüfuzlu mənəviyyat adamları ilə görüşlər keçirərək, onları seçkilərdə fəal iştirak etməyə, dövlətçiliyimizin möhkəmlənməsinə, Azərbaycanı daim irəliyə aparan, onu qabaqcıl dünya dövlətləri sırasına çıxaran prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırmışdır.

Hörmətli cənab Prezident!

Sizi bir daha təmsil olunduğum Qarabağ Seyid Ocaqları adından təbrik edir, növbəti beş ildə xalqımızın və dövlətimizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat