Modern.az

Namizədlərin topladıqları səs faizləri yenidən dəyişdi - SİYAHI

Namizədlərin topladıqları səs faizləri yenidən dəyişdi - SİYAHI

10 Oktyabr 2013, 15:38

Mərkəzi Seçki Komissiyası 125 seçki dairəsinin 5492 məntəqəsi üzrə ilkin nəticələri açıqlayıb. MSK-nınİnformasiya Mərkəzindən verilın məlumata görə, bütün məntəqələr üzrə protokollar hesablanıb və bu hesablamalara görə, hazırki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,55 faiz (3 126 612 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,53% (204 635 səs)
İqbal Ağazadə - 2,40% (88 667 səs)
Qüdrət Həsənquliyev - 1,99% (73 586 səs)
Zahid Oruc - 1,45% (53717 səs)
İlyas İsmayılov - 1,07% (39641 səss)
Araz Əlizadə - 0,87% (32 065səs)
Fərəc Quliyev - 0,86% (31 774 səs)
Hafiz Hacıyev - 0,66% (24 459 səs)
Sərdar Məmmədov - 0,61% (22 728 səs)

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?