Modern.az-ın məlumatına görə, Nazirin sözügedən əmrində bildirilir ki, doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı 19-20 dekabr 2013-cü il tarixlərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Konfransın yüksək səviyyədə təşkili ilə bağlı Azərbaycan Dillər Universitetinin rektoru S.Seyidova materiallarının nəşrini təmin etməsi tapşırılıb.
Ali təhsil müəssisələrinin rektorları ciddi elmi nəticələri olan doktorant və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və noyabrın 15-dək Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etməlidirlər.