Modern.az

Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

11 Oktyabr 2013, 12:01

 


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, pezidentliy namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə ADP-nin İcra Aparatına müraciət edib.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Sərdar Cəlaloğlunun ərizəsində deyilir:

“Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm. 

2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. 

Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.

Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz".

Partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?