Modern.az

Sabir Rüstəmxanlı seçkiyə qiymət verməyə tələsmir

Sabir Rüstəmxanlı seçkiyə qiymət verməyə tələsmir

11 Oktyabr 2013, 12:30


“Mən seçkilərlə bağlı mövqeyimi partiyanın Siyasi Şurası toplanıb qərar verdikdən sonra açıqlayacağam”. Bunu Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O bildirib ki, partiyanın qərarı olmadan hələlik heç bir mövqe sərgiləyə bilməz.

Qeyd edək ki, 9 oktyabrda Azərbaycanda prezident seçkiləri keçirilib. Rəsmi nəticələrə görə on namizədin iştirak etdiyi seçkidə YAP sədri, hazırkı prezident İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəlib.

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?