Modern.az

Sabir Rüstəmxanlı qardaşının istefasından danışdı

Sabir Rüstəmxanlı qardaşının istefasından danışdı

11 Oktyabr 2013, 13:00
 

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin partiyadan getməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Deputat Modern.az-a açıqlamasında bildirib ki, VHP Siyasi Şurasının üzvü Əlövsət Əliyev bu barədə rəsmi ərizə ilə müraciət etməyib. “Hələlik bu haqda Əlövsət Əliyev partiyaya ərizə təqdim etməyib”-deyə S.Rüstəmxanlı deyib.  

Qeyd edək ki, Ə.Əliyev sosial şəbəkədə partiyadakı vəzifəsindən istefa verdiyini bildirib. Qeyd edib ki, onu daha perspektivli, gənc siyasətçilər əvəz edə bilərlər.

  Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?