Azərbaycan Kommunist Partiyası (AKP) oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.
Modern.az-a danışan AKP sədri Rauf Qurbanov bildirib ki, seçkilər azad, ədalətli, şəffaf keçirilib. O, YAP namizədi, prezident İlham Əliyevin seçkidə qələbə qazanması münasibəti ilə təbrik edib:
“Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Azərbaycan Respublikasında azad və demokratik şəraitdə keçirilmiş prezident seçkilərində seçicilərin əksər səsinin toplayaraq inamlı qələbə qazandığına görə Yeni Azərbaycan Partiyasının namizədi, İlham Əliyevi təbrik edir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, xalqın maddi rifah halının yaxşılaşdırılmasına yönəlmiş gələcək fəaliyyətində ona uğurlar arzulayır”.
Aqşin Kərimov