Modern.az

Daha bir namizəd İlham Əliyevi təbrik etdi

Daha bir namizəd İlham Əliyevi təbrik etdi

11 Oktyabr 2013, 14:02


Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) prezident seçkilərilə bağlı mövqeyini açıqlayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a daxil olan açıqlamada bildirilir ki, MDHP bu seçkilərdə partiyanın prezidentliyə namizədi Fərəc Quliyevlə iştirak edib:

“Biz təbliğat-təşviqat kampaniyası zamanı ona hədəflənmişdik ki, öz ideyalarımızı hakimiyyətə gəlməklə özümüz həyata keçirək. Lakin biz hesab edirik ki, əgər bu gün biz hakimiyyətdə deyiliksə, ideyalarımızın da bizim kimi müxalifətdə qalması millətin əleyhinə işləyən bir haldır. Ona görə də bu ideyaların kim tərəfindən deyil, növbəti 5 ildə necə həyata keçməsi bizim üçün əsas priaritet olacaq.

Biz inqilabi dəyişikliyin əleyhinəyik. Çünki, inqilab bir dövləti sarsıdan və zəiflədən ən ciddi hadisədir. Ona görə də biz əhalinin böyük əksəriyyətini təşkil edən bizimlə eyni düşüncədə olanları növbəti seçkilərdə (Bələdiyyə, Parlament, Prezident seçkilərində) sivil dəyişikliyə nail olmaq üçün bu gündən toparlanmağa çağırırıq.

Partyamız və seçkilərdəki namizədimiz Fərəc Quliyev adından hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə önəmsəməsini, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri iç güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətiylə təbrik edirik!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?