Modern.az

İvanişvili İlham Əliyevə telefon açdı

İvanişvili İlham Əliyevə telefon açdı

11 Oktyabr 2013, 14:29


Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bidzina İvanişvili prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?