Modern.az

Azay Quliyevdən ATƏT-ə etiraz

Azay Quliyevdən ATƏT-ə etiraz

11 Oktyabr 2013, 14:53


ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev ATƏT-in in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTIHB) 9 oktyabr prezident seçkisi ilə bağlı açıqladığı hesabata etirazını bildirib. Modern.az-ın məlumatına görə, Azay Quliyev bu məsələ ilə bağlı deyib:

“Artıq bütün beynəlxalq təşkilatlar oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunları ilə əlaqədar öz rəylərini açıqladılar. Təqdirəlayiq haldır ki, dünyanın bir çox ölkələrindən gələn qurumlar, xüsusilə AŞPA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan etdilər. Lakin ATƏT/DTIHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu. Bu hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA –nın üzvü cənab Mişel Vauzen oldu. Faktiki olaraq ATƏT/DTIHB və ATƏT PA fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmamağı və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamentinin və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan hazırkı sədri cənab Leonid Kojaranın da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTIHB mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi. Əgər bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək, görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən birmənalı şəkildə rədd edilmiş oldu. Güman edirəm ki, DTİHB-in təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi onun direktoru cənab Lenarçiçi ciddi şəkildə düşündürəcəkdir. Ümidvaram ki, ATƏT PA-nın oktyabrın 12-də Montenoqrada keçiriləcək büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında büronun ünvanına deyilən iradlara əsaslandırılmış və məntiqi bir cavab almaq mümkün olacaqdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?