Modern.az

Abxaziyada ilk erməni kilsəsi açılacaq

Abxaziyada ilk erməni kilsəsi açılacaq

11 Oktyabr 2013, 16:38

Abxaziyada ilk erməni kilsəsinin açılışına hazırlıq işləri gedir. Modern.az xəbər verir ki, bu barədə “Abxaziyanın Milli Qəhrəmanı” Qalust Trapizonyan məlumat verib.

Onun sözlərinə görə, Suxumi-Qaqra yolunda yerləşəcək kilsənin açılışı oktyabrın 23-də baş tutacaq. Abxaziyada erməni keşişi olmadığına görə kilsənin açılış xeyir-duasını vermək üçün Rusiyadan keşiş gətiriləcək. Xatırladaq ki, ölkədəki 40 minlik erməni icması buna qədər pravoslav kilsələrində dini ayinlər icra edirdi. 1992-1993-cü illərdə Abxaz-Gürcü müharibəsində ermənilərdən təşkil olunmuş “Marşal Baqramyan” batalyonun komandiri olan Trapizonyan hazırda Qaqra şəhərində erməni məktəbinin direktorudur.   

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?