Modern.az

Azərbaycandan 2 jurnalist Londona oxumağa göndəriləcək

Azərbaycandan 2 jurnalist Londona oxumağa göndəriləcək

11 Oktyabr 2013, 16:37

Kurslarda iştirak edən 29 KİV nümayəndəsinə sertifikatlar təqdim olunub

  Azercell şirkətinin “Kaspi” Tədris Mərkəzi ilə birgə təşkil etdiyi “Jurnalistlər üçün ingilis dili kursları”-nın növbəti mərhələsi başa çatıb. Bu gün keçirilən sertifikatların təqdim etmə mərasimində Azercell şirkətinin prezidenti Kiril Qaburiç, “Kaspi” Tədris Mərkəzinin təsisçisi Sona Vəliyeva və Mərkəzin direktoru Elnur Əliyev iştirak edib. Öz çıxışında Kiril Qaburiç qeyd edib ki, curnalistlərin istəyinə əsasən, bu ildən etibarən rus dili kursları da təşkil olunacaq. Şirkətin prezidenti marağı olanları bu kurslara yazılmağa dəvət edib.  

Sona Vəliyeva layihənin əhəmiyyətindən bəhs edib. “Azercell” şirkətinin bu layihəni reallaşdırmaq məqsədilə “Kaspi” Tədris Mərkəzini seçməsini yüksək dəyərləndirib. O, deyib ki,  ingilis dili kurslarının təşkili artıq bir ənənəyə çevrilib. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil biliklərini inkişaf etdirmək, onların ingilis dilli mənbələrdən maneəsiz istifadəsinə yardımçı olmaqdır. 
Sona Vəliyeva  çıxışının sonunda “Azercell” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edərək,  birlikdə yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu əlavə edib. Sonra ingilis dili kursunu uğurlu başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub. Eyni zamanda, imtahanlarda yüksək nəticələr göstərən jurnalistlərin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilininin təkmilləşdirilməsi kursuna göndərilməsi barədə məlumat verilib. 

Bu dəfə Londona gedəcək qaliblər -jurnalistlər Anzulə Əmirova və Ülviyyə Heydərova olub.  

Azercell-in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay ərzində davam edib. Mətbuat nümayəndələri bir neçə səviyyədən ibarət ingilis dili proqramı üzrə tədris keçiblər. Nəticədə, jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər.  

Məlumat üçün bildirək ki, artıq 3 ildir ki, Azercell jurnalistlər üçün dil kursları təşkil edir. Bü günə kimi 100-dən çox  KİV nümayəndəsi ixtisaslaşmış ingilis dili kurslarında iştirak edib. İngilis dilinin biliklərini artırmaqla, şirkət KİV nümayəndələrinin inkifana kömək edir və onların beynəlxalq əlaqələrinin qurulmasına dəstək olur.  



Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?