Modern.az

Sərdar Cəlaloğlunun istefası ilə bağlı yeni AÇIQLAMA yayıldı

Sərdar Cəlaloğlunun istefası ilə bağlı yeni AÇIQLAMA yayıldı

14 Oktyabr 2013, 12:12


ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl prezidentliyə namizədliyi irəli sürülmüş S.Cəlaloğlunun partiya sədrliyindən istefa verməsi ilə bağlı ölkə mətbuatının yönəltdiyi suallara ayddınlıq gətirən açıqlama ilə çıxış edib. Modern.az onun açıqlamasını təqdim edir:

“Sərdar Cəlaloğlu Azərbaycanın siyasi arenasında 20 ildən artıq bir zaman kəsimində aktiv fəaliyyət göstərən, elmi, fəlsəfi yaradıcılığını siyasi fəliyyəti ilə uzlaşdırmağı bacaran, ölkə və dünyada gedən siasi proseslərə fərqli, yenilikçi baxışları ilə seçilən tək-tək siyasi fiqurlardandan biridir.

Hadisələrin arxasında gizlənən prosesləri diqqətlə izləmək bacarığı, siyasi ehtirasların qızışması fonunda millətimizi təhlükə altına ala biləcək xarici təhdidləri öncədən görmə qabiliyyəti ona partiya və qrup maraqlarından daha geniş düşünməyə imkan vermiş və o, bütün potensialını milli maraqların qorunması istiqamətində sərf etməyə yönəltmişdir.

Son teledebatlardakı çıxışları onun şəxsi intriqalardan, rəqiblərinə qara yaxmalardan uzaq olduğunu göstərməklə apardığı mübarizənin əsas qayəsinin məhz milli dirçəliş və demokratik dəyərlər uğrunda olduğunu bir daha isbatladı. O, ilk dəfə özünə qarşı həm iqtidar, həm də bir sıra müxalif qüvvələr tərəfindən geniş cəbhə açılmasına baxmayaraq konstruktiv müxalifətçilik konsepsiyasını elmi əsaslarla ortaya qoymuş, Azərbaycanın nicatının siyasi qüvvələr arasında qarşıdurmalardan, radikal toqquşmalardan deyil, məhz konsensusdan, uzlaşmadan, vətəndaş həmrəyliyindən, sivil siyasi rəqabətdən keçdiyini cəmiyyətə təqdim etmişdir.

Əfsuslar olsun ki, Sərdar bəyin Azərbaycan cameəsinə təqdim etdiyi bu yenilikçi ideyalar müfafizəkar qüvvələr tərəfindən dirənişlə qarşılanmış və onun millətin bütövlüyünün qorunmasına hesablanan çağrışlarına adekvat reaksiyalar verilməmişdir. Onun istefa ərizəsində  şəxsi məğlubiyyətinə işarələr verən ifadələr əslində özünün deyil,  xalqımızın gələcəyinə hesablanan ideyalarının məğlubiyyətindən xəbər verir.

Sərdar Cəlaloğlu  israrla siyasi dialoqun, konstruktiv müxalifətçiliyin tərəfdarı olduğunu ortaya qoymaqla movcud hakimiyyətin “radikal”, “barışmaz”, “anti milli” qüvvə kimi yaratmaq istədiyi müxalifət obrazını alt-üst etdi və sübut etdi ki, radikallığın, barışmazlığın antimilli qüvvəyə sövq etməyin qaynağı hakimiyyətin içində olan marqlı qüvvələrdən gəlir.

Çoxları bu istefanı siyasi iflas, yorğunluq kimi dəyərləndirsə də əslinə qalsa bu jest ölkədə keçirilən seçki saxtakarlığına, onun konstruktiv müxalifətçilik ideyalarının iflasına döğan təəssüfdən başqa bir şey deyil. Hesab edirəm ki, Sərdar Cəlaloğlunun siyasi mədəniyyət nümunəsi olaraq atdığı bu addım təqdir olunsa da o, partiya kütləsinin və onu  bir mübariz insan kimi siyasi arenada görmək istəyənlərin düşüncəsini nəzərə alacaq və bundan sonra da öz siyasi fəaliyyətini davam etdirəcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat