“Oğlum 3 ay əvvəl əsgərlikdən gələndə ona kreditə “Kia” markalı avtomobil almışıq. Özü də bu maşın kürəkənimin adına kreditə götürülüb. Mən də “Hyundai Sonata” sürürəm. İstənilən vaxt bankdan öyrənə bilərsiniz”.
Bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev oğluna 150 min dollarlıq avtomobilin bağışlanıldığı barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Partiya sədri yayılan xəbərlərin seçkidə qazandığı uğurla bağlı olduğunu dilə gətirib:
“Görünür seçkidə qazandığım uğurdan sonra bəzi şəxslər haqqımda belə şayiələr buraxırlar”.
Qeyd edək ki, "qaynar.info" saytında Hafiz Hacıyevin oğlu Rauf Hacıyevə 150 min dollar dəyəri olan "Mercedes Benz SLS" hədiyyə olunması haqda xəbər yayılıb.
İntiqam Valehoğlu