Modern.az

Əli Mirəliyev: ”Nazim Ağayev Habil Əliyev haqqında o sözü deməməliydi”

Əli Mirəliyev: ”Nazim Ağayev Habil Əliyev haqqında o sözü deməməliydi”

14 Oktyabr 2013, 15:53

Tanınmış müğənni Əli Mirəliyev xalq artisti Habil Əliyevlə əməkdar artist Nazim Ağayev arasındakı qalmaqala münasibət bildirib. Modern.az-a açıqlamasında “Mən Nazimin də, Habilin də oğlu yerindəyəm. Amma yaşım 60-ı  keçdiyinə görə özümü cavan saymıram. Onlar bizə nümunə olmalıdırlar” – deyən Mirəliyev bu məsələdə Əliyevi haqlı hesab edir:

“Nazim Ağayev çoxdan tanınıb, pis müğənni deyil. Amma Habil Əliyev ermənilərin əlindən kamançanı almış sənətkardır. Heç kimə “Habil Əliyevdən zəhləm gedir” demək başucalığı gətirməz. İnanmıram ki, Habil Əliyev bu yaşında mətbuatda yazılan kimi biədəb cavab verər. Nazim Ağayevin xanımının “iki qoçun başı bir qazanda qaynamaz” deməsi də düzgün deyil. Burda bir qoç var, o da Habildir. Nazim Ağayev orta səviyyəli müğənnidir, bunlar müqayisəlik deyil. Habil Əliyevi bütün Şərq dünyası qəbul edib. O həm sənəti, həm qabiliyyəti ilə əfsanədir. Nazim Ağayev də mənim dostumdur. Nazim Habilin qabağında qoç ola bilməz. Nazim mənim üçün qoç ola bilər. Məndən böyük olduğuna görə cavab vermərəm ona”.


Məsələ ilə bağlı Nazim Ağayevin həyat yoldaşı Şərəbanu xanın saytımıza açıqlamasında bildirdi ki, sənət adamlarının qalmaqalına qarışmaq istəmir: “Mən müəlliməyəm. Habil Əliyevlə Nazimin arasında nə söhbət var, özləri bilər. Xahiş edirəm mətbuat bu məsələni qızışdırıb aranı qarışdırmasın. Mənim adımı isə heç hallandırmasınlar”.

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat