Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının məhkəmə prosesinin ikinci hissəsi də başa çatıb. Bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə İbrahim Ələkbərov adlı şəxsin Gülağa Aslanlıdan etdiyi şikayətə baxılıb.
“Media forum” saytının məlumatına görə, hakim Taleh Kərimovun sədrliyi ilə keçən prosesdə Gülağa Aslanlıya xəbərdarlıq edilib.
İbrahim Ələkbərov polisə izahatında yazıb ki, Gülağa Aslanlı oktyabrın 13-də zibil yeşiyinə zibil atarkən onun üstünə çirkli su sıçrayıb, mübahisə düşüb, o, Gülağa Aslanlını, Gülağa Aslanlı da onu söyüb. Binəqədi Rayon Məhkəməsi bu gün Ələkbər İbrahimova 10 sutka inzibati həbs cəzası verib.