Modern.az

ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefasını qəbul etmədi

ADP İdarə Heyəti Sərdar Cəlaloğlunun istefasını qəbul etmədi

14 Oktyabr 2013, 17:12

Bu gün Həsrət Rüstəmovun sədrliyi ilə ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda 9 oktyabr 2013-cü il prezident seçkilərində partiyanın iştirakı və seçkilərin nəticələrinə qiymət verilib.
İclasda həmçinin partiya sədri Sərdar Cəlaloğlunun vəzifəsindən istefa verməsi ilə əlaqədar ərizəsi müzakirə edilib. ADP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aparılmış geniş müzakirələrdən sonra partiya nizamnaməsinə uyğun olaraq sədrin istefa ərizəsi qəbul edilməyib, növbəti Qurultayın çağırılması qərara alınıb. Qurultayadək partiya sədrinin, digər rəhbər qurumların öz səlahiyyətlərini davam etdirməsi məqsədəuyğun hesab edilib. Qərarda daha sonra bildirilir ki, sədrin istefa ərizəsində göstərilən tezislər, o cümlədən partiyanın ötən Qurultayında qəbul olunmuş “Konstruktivizm və siyasi dialoq” platformasının növbəti Qurultayın müzakirəsinə çıxarılması tövsiyə olunub.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat