Modern.az

Azad Rəhimov Beyləqanda şikayətçiləri dinlədi

Azad Rəhimov Beyləqanda şikayətçiləri dinlədi

14 Oktyabr 2013, 17:40

Bu gün Beyləqanda gənclər və idman naziri Azad Rəhimov vətəndaşlarla görüşüb. Modern.az xəbər verir ki, qəbulda Beyləqan rayonu ilə yanaşı Ağcabədi, Biləsuvar və İmişli rayonlarından olan 30-a yaxın vətəndaş da iştirak edib.

Qəbul zamanı vətəndaşlar tərəfindən əsasən idman zallarının tikintisi, stadionların və idman qurğuların idman avadanlıqları ilə təchiz edilməsi, habelə gənclər mərkəzlərinin tikintisi, ipoteka kreditlərinin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması və digər məsələlər qaldırılıb. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat