DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakinləri İbrahim Hümbətov, Zülfiyyə İsmayılova və Yevlax rayon sakini Təranə Fərzəliyeva həbs olunublar.
Modern.az xəbər verir ki, DİN-in məlumatına görə, saxlanılanlar albir olaraq Yevlax rayonu N.Nərimanov adına 9 saylı Orta Məktəbi bitirməsi barədə saxta attestatı Elşad Babayevə 400 manata satdıqlarına görə tutulublar. Araşdırmalar aparılır.
Modern.az