Modern.az

Rəsul Quliyev Milli Şuradan getmədiyini bəyan etdi

Rəsul Quliyev Milli Şuradan getmədiyini bəyan etdi

Təhsil

18 Oktyabr 2013, 10:58

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan istefa verməsi haqda yayılan xəbərləri təkzib edib. Modern.az xəbər verir ki, eks-spiker Milli Şuradan getmədiyini bildirib:

“Mənim sizin tanış olduğunuz 52 dəqiqəlik çıxışım seçkilərin hansı səbəbdən uduzulduğuna həsr olunub və siz onunla tanış olmusunuz. Və həmin çıxışda hansı səbəblər çərçivəsində Milli Şuranı tərk edəcəyimi izah etmişəm. Təəssüf edirəm ki, bəzi informasiya vasitələri bilərəkdən guya mənim Milli Şuranı tərk etdiyimi yazırlar. Cənablar belə deyil. Milli Şura mənim qaldırdığım məsələni müzakirə etməlidir, ondan sonra gedib-getməməkdən söhbət açmaq olar”-deyə R.Quliyev açıqlama verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat