Modern.az

Deputatın atası İlham Əliyevi təbrik edib

Deputatın atası İlham Əliyevi təbrik edib

21 Oktyabr 2013, 14:59

“Mən bir el ağsaqqalı kimi, Kəlbəcər camaatı ilə ən çox ünsiyyətdə olan bir insan kimi Sizə bildirmək istəyirəm ki, kəlbəcərlilər Sizə son dərəcə böyük ehtiram göstərir, Sizi ürəkdən sevir və hər bir işinizdə Sizinlə birlikdədir. Bunu seçkilər günü hər bir seçki məntəqəsində ünsiyyətdə olduğum hər bir insanla söhbətimdə bir daha yaxından gördüm və sevindim. Sevindim ki, insanlarımız öz rəhbərinə nə qədər ürəkdən inanırlar”.

Bunu “Aşıq Şəmşir” Mədəniyyət  Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanov prezident İlham Əliyevə ünvanladığı təbrikdə bildirib. Təbrikdə daha sonra deyilir:

Möhtərəm Prezident, bir daha Sizi böyük qələbəniz münasibətilə bütün Kəlbəcər ictimaiyyəti, el ağsaqqalları və ağbirçəkləri, ziyalıları və sadə insanları, bilavasitə məşhur el sənətkarı Aşıq Şəmşirin ailə üzvləri adından ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirik. İnanırıq ki, Vətənimizin adını daha da ucaldacaq, insanlara daha gözəl həyat bəxş edəcək və bizi doğma torpaqlarımıza qovuşduracaqsınız. Siz də əmin ola bilərsiniz ki, bütün işlərinizdə kəlbəcərlilər Sizinlə birlikdədir. Ulu Tanrı Sizə yar olsun!”.

Qeyd edək ki, Qənbər Qurbanov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun atası, Aşıq Şəmşirin oğludur.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat