Modern.az

Hesablama Palatasının Səhiyyə Nazirliyi və Bakı meriyasında yoxlamaları - AÇIQLAMA

Hesablama Palatasının Səhiyyə Nazirliyi və Bakı meriyasında yoxlamaları - AÇIQLAMA

21 Oktyabr 2013, 17:09

Hesablama Palatası dövlət büdcəsindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, 3 saylı şəhər Klinik Xəstəxanasına və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair Audit proqramları təsdiq edib.

Palatadan Modern.az-a verilən məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) və həmin təşkilatın Audit Komitəsinin üzvü kimi Palatanın əməkdaşları sözügedən təşkilatın Baş Katibliyi olan Pakistanın Baş Auditor Ofisinin yerləşdiyi İslamabad şəhərinə səfər edərək ECOSAI-ın 2010-2012-ci illər üzrə maliyyə hesabatlarının auditini aparıb. Audit INTOSAI təşkilatının tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilib.

Audit heyəti keçirdiyi beynəlxalq audit tədbiri zamanı ECOSAI təşkilatının maliyyə hesabatlarına əlavə qeydlərə dair öz fikirlərini təşkilatın rəhbərliyi ilə müzakirə ediblər. Nəticədə rəhbərlik ECOSAI-ın İdarə Heyəti, komitələri, tətbiq etdiyi mühasibatlıq standartları, təlim fəaliyyəti və Bank Hesabları barədə vacib məlumatları maliyyə hesabatlarında düzgün şəkildə göstərilməsi üçün müvafiq tədbirlər görülüb.

 

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat