Modern.az

Bakıda tikinti şirkətinin direktor müavini həbs olunub

Bakıda tikinti şirkətinin direktor müavini həbs olunub

21 Oktyabr 2013, 18:11

«Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanov cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib edib. O, vətəndaşlardan ümumilikdə 429 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsində və digər qanunazidd hərəkətlər etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Q.Süleymanov Cinayət Məcəlləsinin  178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 313-cü (vəzifə saxtakarlığı), Rauf Xəlilov isə 178.3.2 və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat