Modern.az

““DQR”i tanımaq cəhdi rəsmi İrəvanın növbəti şıltaqlığıdır” - Politoloq

““DQR”i tanımaq cəhdi rəsmi İrəvanın növbəti şıltaqlığıdır” - Politoloq

21 Oktyabr 2013, 18:24

"ABBAS ABBASOV T?CRUB?LI SIYAS?TCIDIR"

“Bu, Ermənistanın iqtidarının növbəti şıltaqlığıdır. İnanmıram ki, Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanısın”. Bunu Modern.az-a politoloq Rasim Ağayev deyib.

Politoloqun fikrincə, Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə edən Sərkisyan hakimiyyəti separatçı qurumu tanıyarsa, beynəlxalq birlik tərəfindən təzyiqlərə məruz qalacaq.

“Bilirsiniz ki, Sərkisyan hakimiyyəti vəziyyətin ağır olması səbəbindən Dağlıq Qarabağ kartından istifadə edir. O fikirləşir ki, bununla xalq arasında mövqeyini möhkəmləndirir. Amma proses parlament müzakirələrindən o yana gedən deyil. Çünki Ermənistan beynəlxalq birlik tərəfindən təzyiqlərə məruz qalacağından qorxur”.

Qeyd edək ki, Ermənistan parlamentinin bu gün keçirilən ilk plenar iclasında spiker Ovik Abramyan bildirib ki, “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində müzakirəyə çıxarılacaq.

 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat