Modern.az

Yaylıq, uzun don və qara eynək - Gülər Əhmədovanın yeni imici - jurnalistlərin çəkdiyi şifahi portret

Yaylıq, uzun don və qara eynək - Gülər Əhmədovanın yeni imici - jurnalistlərin çəkdiyi şifahi portret

22 Oktyabr 2013, 11:52


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. Prosesə diqqətlə yanaşan media G.Əhmədovanın son görüntülərini yayımlaya bilməyib.

Kürdəxanıdakı istintaq təcridxanasından Penitensiar Xidmətin xüsusi avtomobili ilə məhkəmə binasına gətirilən Gülər Əhmədovanın şəklinin çəkilməsi yasaq edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həm də məhkəmə iclasında iştirak edən jurnalistlərə dəmir barmaqlıq arxasında əyləşən eks-deputatın  görüntülərini lentə almağa icazə verməyiblər.

Modern.az-ın məlumatına görə, məhkəmə çəkilişin aparılması ilə bağlı heç bir qərar verməməsə də, çəkiliş aparılmasına imkan yaradılmayıb. Belə ki, prosesdə iştirak edən jurnalistlər içəriyə yalnız bloknot və qələmlə buraxılıblar. Hətta onların çantaları da giriş qapısında əllərindən alınıb. Bu səbəbdən də media Gülər Əhmədova ilə bağlı dünənki xəbərlərdə eks-deputatın köhnə şəkillərindən istifadə etməyə məcbur olub.
Dünənki prosesdə iştirak edən jurnalistlərin yaratdığı şifahi portretə əsasən, Gülər Əhmədova məhkəməyə başı yaylıqlı, uzun donda və qara eynəkdə gətirilib.

Xatırladaq ki, eks-deputat, YAP-ın sabiq üzvü Gülər Əhmədova bu il fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə deputat seçilməsinə köməklik üçün yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat