“Rusiya miqrantlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan Rusiyanın müstəmləkəsi olmağa yaxındır”. Modern.az bildirir ki, bu sözləri deputat Fazil Mustafa parlamenti bu günkü iclasında çıxışı zamanı bildirb.
Deputat qeyd edib ki, son vaxtlar Rusiyada türk xalqarından miqrantlara qarşı təzyiqlər müçahidə olunur.
“Çünki Rusiya əmək miqrasiyası ilə Azərbaycana təsir etmək imkanına malikdir. Belə halların qarşısını almaq üçün Azərbaycan ən azından yaşayış səviyyəsi aşağı olan insanların işlə təmin olunması sahəsində dövlət proqramı hazırlanmalıdır”-deyə o vurğulayıb.
Deputat qeyd edib ki. ölkədə iş yeri olmadığı üçün onlar bir tikə çörək üçün xaricə üz tutur. “Regionlarında iş yeri olmadığı üçün kişilər çayxanalarda siqaret çəkir, domino oynayır, qadınların əıksəriyyəti işləmir”-deyə deputat bildirb.
Milli Məclisin sədrinin müavini Ziyafət Əsəgrov deputatın çıxışı ilə razı olmadığını deyib. Vitse-spikerin sözlərinə görə, regionlarda təkcə parklar deyil, emal müəssisələri də açılır.
Aytən Əliyeva