Modern.az saytı xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Bakı, Gəncə və Şirvan şəhər Apellyasiya məhkəmələrinin hakimlərinin tutduqları vəzifədən azad olunmaları barədə qərar qəbul olunub.
Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərilib.
Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər.
Modern.az