Modern.az

“Öz biznesləri üçün Putinlə oturub danışırlar, amma bazar tikmirlər” - ETİRAZ

“Öz biznesləri üçün Putinlə oturub danışırlar, amma bazar tikmirlər” - ETİRAZ

22 Oktyabr 2013, 12:35

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu günkü iclasda çıxışı zamanı Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyiqlər məsələsini müzakirə olunmasını təklif edib. Modern.az bildirir ki, deputat qeyd edib ki, bununla bağlı Milli Məclis müvafiq sənəd qəbul etməlidir.

S. Rüstəmxanlı diaspora təşkilatlarının işini tənqid edib. “Bir müddət öncə “Milyarderlər İttifaqı” bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdilər. Öz bizneslərləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Xahiş edirəm, bu məsələ müzakirə edilsin, rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun”-deyə deputat vurğulayıb.


Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat