Modern.az

Xəzər rayonunun icra başçısı hesabat verdi

Xəzər rayonunun icra başçısı hesabat verdi

22 Oktyabr 2013, 15:57

Oktyabrın 22-də Xəzər rayon icra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafının 2013-cü ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilib.

İclasda Xəzər RİH başçısı Gülağa İslamovla yanaşı, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayonda fəaliyyət göstərən idarə-müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

İcra başçısı G.İslamov deyib ki, bu ilin ötən dövründə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. “Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilmiş, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş ,  yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir”. G.İslamov hesabat dövrundə ümumilikdə rayon üzrə İcra Hakimiyyəti tərəfindən 14 km, dovlət proqramı çərçivəsində isə 42,6 km olmaqla cəmi 56.6 km yeni asfalt örtüyü salınıb.
Xəzər rayon Mənzil Kommunal Təsərrrüfatı Birliyi tərəfindən 2013-cü ilin 9 ayı ərzində 86 min 666 kub.metr məişət və digər növ tullantılar, əhalinin su təminatını ödəmək məqsədilə maşınlarla 26 min 324 ton içməli su daşınıb. Müqaviləyə əsasən səhiyyə obyektlərindən, xidmət ərazilərindən və məcburi köckünlərin məskunlaşdıgı düşərgələrdən 4355 ton cirkab maye daşınıb.
Qaz təchizatı ilə baglı hesabat dövründə ryonun 9 qəsəbəsində cari dövrdə 487 min 397 paqon metr qaz xətti çəkilmiş və dəyişdirilib. Əhali tərəfindən istifadə olunan təbii qazın ödənişi debitorlarla birlikdə 101,2 % , abonentlərin ödənişdə  iştirakı 79,2 faiz, abonentlərin saygaclaşması isə 96,2 faiz təşkil edib.
Rayonun Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə rayon ərazisində 14 ədəd yeni transformator məntəqəsi quraşdırılıb, 50 ədəd cərəyan transformatoru və 10 ədəd güc transformatoru dəyişdirilmiş, 644 ədəd transformator təftiş olunub, təmizlənib və cari təmir olunub, 12456 metr naqil , 11 min 406 metr kabel çəkilib. Hesabat dövründə əhali tərəfindən elektrik enerjisinin dəyərinin ödənilməsi 98,2 faiz, abonentlərin ödənişdə iştirakı 69%, saygaclaşma isə 99 faiz təşkil edib.
Cari dövrdə  Ceyranbatan-Qala su xətti çəkilib və Qala qəsəbəsindəki  su anbarı istifadəyə verilib. Bunun nəticəsində fasilələrlə su alan 13 min 162 nəfər əhali 24 saat ərzində fasiləsiz su ilə təmin edilib.
Təhsil sahəsi üzrə  Heydər Əliyev Fondu və Dövlət Proqramı çərçivəsində  Buzovna qəsəbəsində 26 nomrəli məktəb üçün 40 sinifli 800 yerlik, 125 nömrəli məktəb üçün 35 sinifli 760 yerlik,  206 nomrəli məktəb üçün 6 sinifli 120 yerlik, Binə qəsəbəsində 121 nomrəli məktəb üçün 20 sinifli 400 yerlik, Qala qəsəbəsində 185 nömrəli məktəb üçün 42 sinifli 840 yerlik yeni əlavə korpusların tikintisi  tamamlanaraq istifadəyə verilib. 2013-cu ilin 9 ayı ərzində Xəzər RİH Aparatına 2396 ərizə, şikayət və müraciət və 1627 xidməti sənəd daxil olub. Daxil olmuş 2396 ərizə və muraciətdən 871 ərizə musbət həll edilib, 1 ərizə əsassız sayılıb, 2 ərizə qismən həll edilib, 1 ərizə aidiyyatı üzrə göndərilib, 1461 ərizəyə lazımi izahat və təkliflər verilib, 61 ərizə  isə icraatdadır. Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 85 nəfər vətəndaş olub. Maddi köməklik edilməsi ilə  əlaqədar  3 nəfər aztəminatlı vətəndaşa  maddi yardım göstərilib. 2013-cü ilin 9 ayı ərzində RİH Başçısı tərəfindən qəsəbələrdə 18 səyyar qəbul keçirilib. Sonda millət vəkili R.Əliyev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Şağan qəsəbə nümayəndəsi T.Səlimov, 29 saylı xəstəxananın baş həkimi H.Tağıyev və 125 saylı məktəbin direktoru Z.Əliyeva hesabat məruzəsi ətrafında çıxışlar edərək, hesabatı qənaətbəxş hesab ediblər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat