Modern.az

Prezident və xanımı Dədə Qorqud parkına gediblər

Prezident və xanımı Dədə Qorqud parkına gediblər

22 Oktyabr 2013, 16:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 22-də Bakının Nərimanov rayonu ərazisində yeni salınan Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olublar.

Parkda görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, parkda paytaxt sakinlərinin istirahəti üçün bütün lazımi şəraitin yaradılması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. İnşaat işləri ilə yanaşı, parkda yeni yaşıllıq zolaqları salınır, abadlıq və quruculuq işləri görülür.

Parkda Azərbaycan mədəniyyətinin nadir nümunələrindən olan Dədə Qorqud dastanına ucaldılan abidə kompleksi üzərində tamamlama işləri də həyata keçirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın ərazisini gəzdilər, inşaat işlərinin gedişi ilə maraqlanıblar.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat