
2013-cü ilin Nobel Sülh mükafatı almış BMT-nin Kimyəvi Silahların Qadağan olunması üzrə təşkilatına türk əsilli Əhməd Üzümçü rəhbərlik edir. Modern.az bildirir ki, Kimyəvi Silahların Qadağan olunması üzrə təşkilatın baş direktoru olmazdan əvvəl Üzümcü diplomat kimi çalışıb.
1951-ci ildə anadan olan Ə.Üzümcü Ankara Universitetinin Politlogiya fakültəsində Xarici Əlaqələr şöbəsini bitirib. Türkiyənin Hələbdə konsulu, Suriyada və 1999-cu il 28 iyuldan 2002-ci ilin 30 iyununa qədər İsraildə səfir vəzifəsində çalışan türk diplomat 2002-2004-cü illər ərzində Türkiyənin NATO-dakı daimi nümayəndəsi olub.
2006-cı ildə Əhməd Üzümcü Türkiyənin BMT-dəki idarəsində daimi nümayəndə təyin olunub. O, 2010-cu ilə qədər Cenevredə bu vəzifəni icra edib, həm də 2008-ci ildə Silahsızlaşma üzrə keçirilən konfransın sədri seçilib. Əhməd Üzümcü 2010-cu ildə Cenevrə diplomatiya məktəbində silahlara nəzarət sahəsində doktor dərəcəsi alıb. Bir qədər sonra isə Kimyəvi Silahların Qadağan olunması üzrə təşkilatın baş direktoru təyin olunub.
Modern.az