Oktyabrın 22-də saat 15.00 radələrində Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əyşa aşkar edilməyib. Əməliyyat saat 15:40-da başa çatıb.
Modern.az