Modern.az

“Rəsul Quliyev bitmiş bir siyasətçidir” - QALMAQAL

“Rəsul Quliyev bitmiş bir siyasətçidir” - QALMAQAL

23 Oktyabr 2013, 11:50

Eks-spiker Rəsul Quliyev müxalifətin aparıcı partiyaları olan Müsavat və AXCP əleyhinə kəskin ittihamlar səsləndirib. Sabiq parlament sədri hər iki partiyanı hakimiyyətə işləməkdə suçlayıb.  Modern.az saytı parlamentin sabiq sədrinin fikirləri ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrənib.

Müsavat başqanının müavini Gülağa Aslanlı adekvat reaksiya verərək Rəsul Quliyevin siyasətdə heç bir rolu olmadığını vurğulayıb.

“Rəsul Quliyev həyatda bitmiş bir siyasətçidir. Onun siyasi fəaliyyəti 2005-ci ilə qədər olub. Həmin ildən sonra isə Rəsul Quliyev ancaq müxalifətə şər və böhtan atmaqla məşğul olub. O bu istiqamətdə aldıqları tapşırıqları canla-başla yerinə yetirib. Rəsul Quliyev gündəmdə qalmaq üçün ona verilən missiyanı yerinə yetirir. Onun Azərbaycan siyasətinə heç bir təsiri yoxdur”.

AXCP keçmiş spikerin dediklərinin heç bir əsası olmadığı qənaətindədir. Bu haqda danışan partiya sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, onun Milli Şura və AXCP haqqında söylədikləri cəfəngiyatdır.

“Rəsul Quliyev Milli Şuranın seçki prosesində hər hansı bir rol almadı və xidmət göstərmədi. Milli Şura iqtidarın saxtakarlığı nəticəsində qələbəni gerçəkləşdirə bilməyibsə, bunun səbəbkarı məhz Azərbaycan hakimiyyətidir. O zaman Rəsul Quliyev alternativ yol bilirdisə, buyurub deyərdi. Heç bir təklif vermədən, fərqli yanaşma ortaya qoymadan sadəcə olaraq Milli Şuranı günahlandırmaq səriştəli mövqe deyil”, – deyə AXCP funksioneri qeyd edib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat