Modern.az

Baş nazirin yeni müavini Əli Əhmədov: “Çoxlu təbrik edənlər var” - EKSKLÜZİV

Baş nazirin yeni müavini Əli Əhmədov: “Çoxlu təbrik edənlər var” - EKSKLÜZİV

23 Oktyabr 2013, 13:27

Prezidentin 22 oktyabr tarixdə imzaladığı sərəncamla Baş nazirin müavini təyin edilmiş Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Modern.az saytına qısa açıqlamasında bu təyinata münasibət bildirib.

Yeni təyinatla bağlı ona bu gün çoxlu təbrik zənglərinin gəldiyini deyən Ə.Əhmədov hazırda jurnalistlərlə danışa bilməyəcəyini vurğulayıb.

“Bilirəm təbrik etmək üçün mənə zəng etmisiniz. Təbrikiniz üçün çox sağ olun. Amma bu gün suallara cavab verə bilməyəcəm. İşlərim çoxdur” deyən Əli Əhmədovun şən və yüksək əhval-ruhiyyə ilə yeni vəzifə almağından razı qaldığını və bunu sevinclə qarşıladığını biruzə verib.

Əli Əhmədov baş nazirin müavini olmaqla yanaşı, YAP sədrinin müavini-icra katibi vəzifəsində qalacaq, amma deputat mandatını təhvil verəcək.

Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. Fəlsəfə doktoru, professordur. Bakı Dövlət Universitetində Politologiya və Sosiologiya kafedrasının müəllimi və müdiri vəzifəsində çalışıb.
1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib. 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub.
2000-ci, 2005-ci və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib.
Azərbaycan Respublikasının “Şöhrət” ordeni və Polşa Respublikasının “Xidmətlərə görə” Legioner ordeni ilə təltif olunub.
Yeni Azərbaycan Partiyasının 1999-cu ildə I qurultayında İcra katibi, 2005-ci ildə III qurultayında və 2013-cü ildə V qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilib.
Evlidir, 2 övladı var.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat