Modern.az

Ombudsman Pərviz Həşimliyə görə MTN-ə müraciət edib

Ombudsman Pərviz Həşimliyə görə MTN-ə müraciət edib

Təhsil

23 Oktyabr 2013, 13:31


Modern.az
xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimovla görüşüb.

Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim 25 sentyabr 2013-cü il tarixində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan P. Həşimovun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar. Görüş zamanı P. Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib. “Bizim yol” qəzetinin əməkdaşı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib.

Bu günlərdə P.Həşimovun ailəsi ilə görüşü, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə qaldırdığı məsələlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə müraciətində göstərdiyi halların araşdırılması məqəsidilə Ombudsman Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

Gültəkin ƏLƏSGƏR

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat