Eks-spiker Rəsul Quliyev Milli Şuraya ünvanladığı açıq məktubda “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini ittiham edib.
Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Rəsul Quliyevin ciddiyə alınmayacaq siyasətçi olduğunu bildirib.
“Mən artıq Rəsul Quliyevin bəyanatlarına əhəmiyyət vermirəm. Hesab edirəm ki, seçki prosesində özünü tamamilə xərcləyib bitirdi”.
“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev isə hazırda qəzetin ağır durumda olduğunu bildirərək fikir bildirməkdən imtina etdi.
“Vəziyyət ağırdır. Bizim üçün prioritet məsələ qəzetin bağlanma təhlükəsindən xilas etməkdir. Kimin nə söyləməsi indiki situasiyada bizi maraqlandırmır”.
Vüqar İsmayılov