“Cüdo Federasiyası ictimai qurumdur. Orada rəhbərlik seçilir. Rəhbər kimi qalmaq və ya getmək Füzuli Ələkbərovun öz istəyi əsasında olacaq”. Bunu Modern.az-a Gənclər və İdman Nazirliyindən bildiriblər.
Qeyd edək ki, keçmiş əmək və əhalinin sosial təminat naziri Füzuli Ələkbərov Cüdo Federasiyasının prezidentidir.
Prezident İlham Əliyev dünənki sərəncamları ilə hökumətin tərkibində müəyyən dəyişikliklər apardı. Vəzifəsini itirən 3 nazir arasında Füzuli Ələkbərov də var. Artıq nazir postunu itirən Füzuli Ələkbərovun Cüdo Federasiyasının rəhbərliyindən də istefa verəcəyi ilə bağlı fikirlər səsləndirilir.
Gültəkin ƏLƏSGƏR