Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində istismar dövrünü başa vurmuş magistral su xətti yenisi ilə əvəz olunub. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib. Hazırda mövcud şəbəkənin yeni çəkilmiş magistral su xəttinə qoşulması işləri aparılır. Bununla əlaqədar 28-29 oktyabr 2013-cü il tarixlərində Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Nazim İsmayılov, Habil Balakişiyev, Zabrat və Pirməmməd küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Modern.az