Modern.az

Gülər Əhmədova: “Mənim 8 yaşlı uşağım var, o, anasız böyüyür” - MƏHKƏMƏ

Gülər Əhmədova: “Mənim 8 yaşlı uşağım var, o, anasız böyüyür” - MƏHKƏMƏ

28 Oktyabr 2013, 11:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovaya qarşı növbəti məhkəmə prosesi başlayıb. Modern.az xəbər verir ki, ötən məhkəmədə Gülər Əhmədova haqqında seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəmişdi: “Mənim evimdə 8 yaşlı uşağım var. O, anasız böyüyür. Ev dustaqlığını sadəcə, balama görə istəyirəm ki, o anasız böyüməsin”.

Lakin ev dustaqlığı ilə bağlı iddia təmin olunmayıb.

Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

 

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat