Modern.az

Zakir Həsənovdan daha bir təyinat

Zakir Həsənovdan daha bir təyinat

28 Oktyabr 2013, 12:02


Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti,  ehtiyatda olan general-mayor Anatoli Vasyakı nazirlikdə yeni vəzifəyə təyin edib.

Modern.az saytının xəbərinə görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. O, bildirib ki, ehtiyatda olan general-mayor Müdafiə Nazirliyində yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edilib.

Üzeyir Cəfərov bildirib ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun ən yaxın dostlarından və sirdaşlarından biridir. Bu səbəbdən də Nəcməddin Sadıqovla bağlı verilən proqnozlar özünü doğruldacaq.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat