Modern.az

Dövlət Komitəsinin iki vəzifəli şəxsi həbs olundu

Dövlət Komitəsinin iki vəzifəli şəxsi həbs olundu

28 Oktyabr 2013, 12:07

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri Oktay Quliyevin, şöbənin baş məsləhətçisi Yusif Dadaşovla qabaqcadan əlbir olub rayon sakinindən 10.0 min manat rüşvət aldığı müəyyənləşib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bununla bağlı şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oktay Quliyev və Yusif Dadaşov iş üzrə qeyd edilən maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat