Modern.az saytı bir qədər öncə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin baş direktoru Xaqani Quluzadənin vəzifəsindən azd edildiyi barədə xəbər verib.
Şirkətdən Modern.az-a bildirilib ki, X.Quluzadə Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsilini davam etdirməsi ilə əlaqədar öz ərizəsiylə işdən azad edilib.
Şirkətdəki mənbələr “Akkord” ASC-nin yeni baş direktoru vəzifəsinə kimin gətirləciyini də Modern.az-a bildiriblər.
Qeyd edilib ki, bu vəzifəyə İlqar Hacıyev gətirilir. Xatırladaq ki, İ.Hacıyev əvvəllər də elə bu vəzifədə çalışıb. O, 2010-cu ilin oktyabrından “Akkord”un baş direktoru postundan uzaqlaşdırlmışdı.
Modern.az