Modern.az

Moskva Azərbaycan alpinistlərini mükafatlandırdı

Moskva Azərbaycan alpinistlərini mükafatlandırdı

28 Oktyabr 2013, 15:22
Modern.az xəbər verir ki, oktyabrın 26-27-də Moskva şəhərində sovet alpinizminin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Rusiya Alpinizm Federasiyanın təşkilatçılığı ilə keçirilən mərasimdə keçmiş SSRİ ölkələrinin bir çox alpinist təşkilatları dəvət alıblar. Azərbaycanı bu tədbirdə Azərbaycan Alpinizm Federasiyasının(AAF) rəhbəri İsrafil Aşurlı təmsil edib.

AAF mətbuat xidmətindən Modern.az-a verilən məıumata görə,   26 noyabr səhər saatlarında “Beynəlxalq yarışma, alpinizmin perspektivləri, təcrübə və problemləri” haqqında ikinci beynəlxalq elmi-nəzəri konfrans da keçirilib. Elə həmin günün
axşamı “Memarların Mərkəzi Evində” təntənəli mərasim təşkil olunub. Rusiya Alpinizm Federasiyası bu mötəbər tədbir ilə əlaqədar döş nişanı təsis edib. Bu nişan ilə alpinizm veteranları və alpinizmin inkişafında böyük rolu olan insanlar təltif olunur. İsrafil Aşurlıdan əlavə bu nişan ilə 49 alpinizm veteranı və fəalları təltif edilib. Bu da rusiyalı həmkarlarımız tərəfindən bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Alpinizm Federasiyası üçün yaxşı hədiyyə olub.

Mərasimdə, həmçinin, cari ilin may ayında Everesti fəth edən digər alpinistimiz Murad Aşurlı “Everesti fəth edən” döş nişanı ilə təltif edilib.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat