Modern.az

“Böyük İpək Yolu” “Şərq tərəfdaşlığı” Gənclər Forumunda iştirak edib

“Böyük İpək Yolu” “Şərq tərəfdaşlığı” Gənclər Forumunda iştirak edib

28 Oktyabr 2013, 13:15

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İtifaqı Litvanın Kaunas şəhərində  keçirilmiş “Şərq tərəfdaşlığı” Gənclər Forumunda iştirak edib. Bu barədə Modern.az saytına təşkilatın mətbuat xidmətindən məlumat verilib. Oktyabr ayının 22-25-də keçirilimiş Gənclər Forumunda Avropa Ittifaqı və Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrdən 150-dən artıq nümayədə iştirak edib.

Tədbirdə əsasən, gənclər təşkilatlarının qeyri-formal təhsil sahəsində gördüyü işlər və gənclər təşkilatlarının fəaliyyətinin tanınması sahəsində olan problemlər müzakirə edilib. Forumda həmçinin 2014-2020 -ci illər üçün Avropa Komissiyası tərəfindən hazırlanan Erasmus (Plus) proqramının da təqdimatı keçirilib.Yeni layihə iştirakçılar tərəfindən maraqla qarşılanıb və ətraflə müzakirə edilib. Bu proqram gələcəkdə “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının əvəz edəcək.   Forumda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqını təşkilatın baş katibi Aydan Karimli və katib Nail Əbdülov təmsil edib. Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat